Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var


  • 21:18

Balakən rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

E-huquq.az xəbər verir ki, hadisə Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, hərəkətdə olan “Mazda” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər