Naftalanda iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri öldü


  • 21:29

Naftalan şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər