- 21:07
Martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 8 qumbara, 1 alışdırıcı, 30 tüfəng, 8 patron darağı və 215 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.