Sel suları Ağsuda yolu yararsız vəziyyətə saldı - FOTO


  • 12:07

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Yolun açılması istiqamətində işlər görülür.

Oxşar xəbərlər