Xətai rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı


  • 20:44

Xətai rayonunda talama cinayəti qeydə alınıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirib.

Məlumata görə, naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb.

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı K.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər