- 12:36
Bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda yerləşən “Xətai Park” Yaşayış Kompleksində yanğın hadisəsi qeydə alınıb.
E-huquq.az-ın məlumatına görə, yanğın çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən birində baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub və qısa müddətdə alovun qarşısı alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri hazırda araşdırılır.
Humay Eminqızı