Xocalıda yol qəzası oldu, ANAMA-nın əməkdaşı öldü


  • 19:17

Xocalıda yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, Füzuli rayon sakini Elnur Rüstəmovun idarə etdiyi yük maşını rayon ərazisində yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Məlumata görə, qəzada ölən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı olub. ANAMA bununla bağlı sosial şəbəkədə başsağlığı verib.

Fakt araşdırılır.

Oxşar xəbərlər