Bakıda qardaş qardaşı qətlə yetirdi


  • 21:52

Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər