- 09:14
Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.
E-huquq.az xəbər verir ki, hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır xəsarətlər alan 2002-ci il təvəllüdlü Vəliyev Şahin Elxan oğlu müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.
Qeyd edək ki, qəzadan üç gün sonra hadisə zamanı xəsarət alan digər şəxs – 22 yaşlı Əlizadə Nail İlham oğlu da xəstəxanada vəfat etmişdi. Beləliklə, sözügedən yol qəzasında həyatını itirənlərin sayı 2-yə çatıb.
Hazırda xəsarət alan daha 4 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.