Biləsuvarda ağır yol qəzası olub, ölən var


  • 00:23

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı iki kiçik tutumlu yük avtomobili toqquşub.

Hadisə nəticəsində Masallı rayonu Ərkivan qəsəbə sakini, 1966-ci il təvəllüdlü Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər