Məzmuna keç

“EuroHome” tikinti materialları bazarı ərazisindəki yanğın söndürüldü

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov məmbələri yoxdur.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatıraldaq ki, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri hadisə yerinə gəliblər.