- 14:37
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, Ağcabədi rayonunda iki yeniyetmənin tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.