Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu, yaralılar var - YENİLƏNDİ


  • 28 İyun 15:29

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 28.06.2026-cı il tarixində saat 09:30 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

***

15:20

Ağdərə rayonunun Vəngli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, xəsarət alanlar 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.

Faktla bağlı araşdırma aparılır.

***

12:10

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.

Faktla bağlı araşdırma aparılır.

Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.

Mənbə: APA

Oxşar xəbərlər

  • 14 Avqust 17:52
Sumqayıtda kafe yanıb