- 17:06
Samuxda yük avtomobilinin çaya aşması nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb.
E-huquq.az xəbər verir ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü V.Nəzərovun meyitini sudan çıxarıb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı Füzuli rayon sakini 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.