Bakıda açıq sahədə yanğın söndürüldü - VİDEO - YENİLƏNİB


  • 17:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.

Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.

***

Paytaxtın Nizami rayonu ərazisində quru otluq sahədə yanğın başlayıb.

E-huquq.az-ın xəbərinə görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Oxşar xəbərlər