- 13:57
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, keçirilən tədbirlər nəticəsində 2 nəfərə köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.