FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO


  • 00:45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Əkşəm kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Chevrolet” və “Mercedes” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Mercedes” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il təvəllüdlü Mahmudov Miryunis Miryusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər