Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın oldu


  • 8 İyul 23:50

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində evin ikinci mərtəbəsinin 100 kv. m. hissəsi əşyalarla birlikdə tamamilə yanıb.

Hadisə nəticəsində evin birinci mərtəbəsinin bir otağı tamamilə yanıb. Hadisə yerinə FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Evin digər otaqları yanğından mühafizə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər