- 09:26
Çinin Quanqsi-Çjuan Muxtar Rayonunda iyulun əvvəlində yağan leysan yağışlarınin səbəb olduğu daşqınlar nəticəsində azı 39 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə "Xinhua" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, daha 9 nəfərin itkin düşüb.
Nanninq şəhərində yerləşən Lulan su anbarının bəndinin dağılması nəticəsində 26 nəfər həyatını itirib, 7 nəfər isə itkin düşüb.
Quançjou şəhərində on minlərlə sakin daşqından zərər görüb.
Humay Eminqızı