- 18:46
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib.