FHN Abşeron ərazisində baş vermiş yanğınının söndürülməsi ilə bağlı işlər görür - YENİLƏNDİ


  • 12 İyul 22:00

Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu ərazisində tullantıların yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb edilib.

Hazırda tullantı sahəsində baş verən yanğının söndürülməsi, eləcə də ərazidə təhlükəsizliyin təmin olunması istiqamətində operativ tədbirlər davam etdirilir.

***

21:09

Müşfiqabad qəsəbəsində açıq sahədə yanğın baş verib.

E-huquq.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.

Oxşar xəbərlər