Şəmkirdə kütləvi zəhərlənmə olub


  • 10:50

İyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

E-huquq.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər