Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada dünyasını dəyişənlərin 4-ü də hərbi qulluqçudur.
E-huquq.az-ın xəbərinə görə, məlumatı Trend-ə Müdafiə Nazirliyi təsdiqləyib.
***
11:40
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
10:32
Azərbaycanda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.
E-huquq.az xəbər verir ki, Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.
Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev,
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə.
Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar.
