Xaçmazda əməliyyat: 2 nəfər həbs edildi


  • 09:34

Xaçmazda iki nəfərdən narkotik vasitə aşkarlanıb.

E-huquq.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı M. Oruclu və N. Cavadov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 7 kiloqram narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər