- 21:10
Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb.
Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Kişinin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.