- 30 İyun 15:39
Əsən güclü külək nəticəsində Bakının Nizami rayonunun Ə.Kürçaylı küçəsi 18 ünvanında ağac qırılaraq qaz xəttinin üzərinə aşıb.
Bu barədə e-huquq.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Nəticədə yaşayış binasının qaz xəttini zədələyib. Bu səbəbdən 360 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.