Məzmuna keç

Bakıda baş verən yanğın söndürüldü –

Bakı şəhəri Binəqədi rayonunda fərdi evdə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, rayonun Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə baş vermiş yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.