Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb.
E-huquq.az-ın xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində həlak olub.
Müdafiə Nazirliyi e-huquq.az-a faktı təsdiqləyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
