Məzmuna keç

Bakıda yollar buz bağladı, aeroport yolunda zəncirvari qəza oldu –

Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.

Bu barədə e-huquq.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", – qurum bəyan edib.