28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.
Əlavə məlumat veriləcək.
***
22:30
Bakının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində yol tamamilə bağlanıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.
Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.
Ətrafda yaşayan insanlar təxliyə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.
Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.
Əlavə məlumat veriləcək.
