Məzmuna keç

Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirdi

Gəncə şəhərində 31 yaşlı dustaq özünə kəsici-deşici alətlə xəsarət yetirib.

E-huquq.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Vasif Tağızadə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, V.Tağızadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılır. Onun bu gün məhkəmə prosesi keçirilib.

​​​​​​Mənbə: Report