Məzmuna keç

Ermənistanda qeydə alınan zəlzələ Naxçıvanda hiss olundu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə e-huquq.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 5.2, dərinliyi 2 km olub.