Məzmuna keç

Ağstafa sakini tapılaraq ailəsinə təhvil verildi

Bir neçə gün öncə itkin düşən Ağstafa sakini tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.