Xəzər dənizində 46 yaşlı kişi batdı


  • 27 İyun 2022 20:47

Xəzər dənizində 46 yaşlı kişi batıb.

Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1976-cı il təvəllüdlü İbişov Taleh İbad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər