Azərbaycan əsgəri həlak olub


  • 30 İyun 2022 11:43

İyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Məlumata görə, faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.

Oxşar xəbərlər