Ağdaşda Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı qəzada ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.
Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır.
***
09:24
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
E-huquq.az xəbər verir ki, rayonun Ləki qəsəbəsi ərazisində hərəkət edən "VAZ 21011" markalı iki minik avtomobili toqquşub.
Hadisə zamanı sürücülərdən biri, Dövlət Yol Polisi Xidmətinin əməkdaşı Samir Zamanpur aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA
