İki il əvvəl avtomobildən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin oktyabr ayında Şirvan şəhərində “Hyundai” markalı bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Səməndərli saxlanılıb.
