Məzmuna keç

Meşə yanğınlarında vətəndaşlara dəymiş ziyan ödəniləcək

"Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib".

E-huquq.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda bu prosesdə hesablamalar aparılır. Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və ödəniləcək.

"Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik", – nazir müavini deyib.