Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq və məişət tullantıları ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə e-huquq.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yanğınla bağlı əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
