Ötən gün dünyasını dəyişən Bakı Dövlət Universitetinin keçmiş rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov dəfn edilib.
E-huquq.az xəbər verir ki, mərhumun cənazəsi Atatürk prospektindəki öz evindən götürülüb və "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərhumun yas mərasimi 27.10.2019-cu il tarixdə "Heydər Məscidi"nin Mərasim zalında keçiriləcək.
