Məzmuna keç

DİN-dən Tovuzdakı silahlı insidentlə bağlı – Açıqlama

DİN-dən Tovuzdakı silahlı insidentlə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi Tovuz rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, hadisə oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində baş verib.

Kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılıb, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.