Gürcüstanın Kaxeti bölgəsində yeniyetmə qız övladını erkən nikaha məcbur edən azərbaycanlı kişi saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan Saqareco rayonunun Yormuğanlı kənd sakini 1975-ci il təvəllüdlü M.M. adlı şəxs 2002-ci il təvəllüdlü qızına psixoloji təzyiq göstərməklə onu erkən nikaha vadar edib.
Qızın atasını 2 ildən 4 ilədək həbs cəzası gözləyir.
Yeniyetmə sığınacağa yerləşdirilib. Onun sağlamlığına təhlükənin olmadığı bildirilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Mənbə: Report
