Məzmuna keç

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb.

Hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

mənbə:report