Məzmuna keç

Nazirlik: “Binə” ticarət mərkəzi ərazisində yağış sularının çəkilməsi işi davam etdirilir

FHN:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri bəzi ərazilərdə yığılan yağış sularının çəkilməsi işini savam etdirir.

Bu barədə E-huquq.az-a FHN-dən bildirilib.

Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işlərini davam etdirirlər.