Gəncədə 30 yaşlı kişinin qətlinin təfərrüatları məlum olub.
E-huquq.az-ın məlumatına görə, hadisə gecə saatlarında baş verib. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub.
Hadisə hər iki sürücünün mübahisəsinə səbəb olub və mübahisə davaya çevrilib. Hadisə yerindən uzaqlaşan hər iki sürücü sonradan şəhər ərazisində görüşüb. D.Nicat üzərində gəzdirdiyi bıçaqla M.Əliyevə ürək nahiyəsindən iki zərbə endirərək qətlə yetirib.
Hadisəni törədən D.Nicat saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Xatırladaq ki, qətlə yetirilən Mirağa Əliyev Gəncə şəhərində valyuta mübadiləsi ilə məşğul olurmuş.
Mənbə: Trend
xxx
Gəncə şəhərində qətl hadisəsi törədilib.
E-huquq.az xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa İlqar oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib. Qətlə yetirilən 30 yaşlı Mirağa Əliyevin şəhərdəki valyutadəyişmə məntəqələrindən birində işlədiyi, onu şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən şadlıq sarayında keçirilən toydan çıxarkən sarayın yaxınlığında bıçaqlandığı və aldığı ağır xəsarətlərdən hadisə yerində öldüyü bildirilir. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə ekspertizaya aparılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Mənbə: Report
