Daxili İşlər Nazirliyi paytaxtın Xəzər rayonunda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
E-huquq.az xəbər verir ki, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri – H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.
Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
10:18
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və BMW markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb.
Mənbə: APA
