Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən xəbər verilib.
Faktla bağlı araşdırma aparılır.
***
16.34
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.
E-huquq.az “Report”a istinadən xəbər verir ki, o, Tərtər mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
