Türkiyənin Kocaeli şəhərində iki qrup arasında baş verən davada 4 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Kayacık məhəlləsindəki çayxananın qarşısında baş verib.
Belə ki, hadisə zamanı iki nəfər nəfər döyülüb, iki nəfər isə bıçaqlanıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Polis hadisədə şübhəli bilinən 7 nəfəri saxlayıb.
Eltac Nurullazadə
