Məzmuna keç

Hərbçilərimiz şəhid oldu –

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

"Hazırda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", – nazirlikdən qeyd olunub.