Məzmuna keç

Yük maşını mikroavtobusla toqquşdu, 3 nəfər öldü

Türkiyədə Hakkari-Van avtomobil yolunda, Dikilitaş kəndi yaxınlığında ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van istiqamətində hərəkət edən mikroavtobusla yük maşını toqquşub, daha sonra yük maşınının qoşqusu avtobusa çırpılıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, qəzaya səbəb güclü yağışdan sonra yolun sürüşkən olması və nəticədə yük maşını sürücüsünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Lalə Salmanova